"Taliban" qadınlara daha bir qadağa qoydu
21-05-2022, 09:26
8 218

"Taliban" qadınlara daha bir qadağa qoydu

"Taliban" qadınların üzlərini örtmədən televiziyaya çıxmasına icazə verilməyəcək.
 
Xarici media xəbər verir ki, Əfqanıstanda hakimiyyətdə olan "Taliban" qadınları küçədə çadra taxmağa məcbur etdikdən sonra daha bir qərar qəbul edib.
 
"Taliban" Əfqanıstanı ələ keçirəndən bəri qadınlara qarşı məhdudiyyətləri tədricən artırır. Taliban dini polis rəsmisi deyib ki, televiziyada qadınların üzlərini örtmək qərarı çərşənbə günü göndərilən fərmanla media orqanlarına çatdırılıb.
Reuters xəbər agentliyi Taliban hökumətinin "Əxlaqsızlığın qarşısının alınması və fəziləti təşviq edən" yeni fərmanın mayın 21-də qüvvəyə minəcəyini bildirib.
 
Qeyd edək ki, iki həftə əvvəl Əfqanıstanda qadınlar üçün çöldə örtük taxmaq qaydası tətbiq edilib və buna əməl etməyənlərin cəzalandırılacağı açıqlanıb.
 
Qadınların özləri ilə kişi qohumu olmadan səyahətə çıxması qadağan edilib, qızlar üçün orta məktəblərin açılacağı əvvəlcədən elan olunsa da, bağlanıb.

Oxşar xəbərlər