Kanada 14 nəfərə sanksiya tətbiq ETDİ
20-05-2022, 18:23
6 693

Kanada 14 nəfərə sanksiya tətbiq ETDİ

Kanada Rusiya oliqarxları, onların ailə üzvləri və Putinin ətrafında olan yaxın adamlar da daxil olmaqla 14 şəxsə sanksiya tətbiq edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kanada hökuməti alkoqollu içkilər, tütün məmulatları, bəzi tekstil məhsulları və idman geyimləri, ayaqqabılar, dəbdəbəli geyim və aksessuarlar, zərgərlik məmulatları, mətbəx əşyaları və incəsənət parçaları da daxil olmaqla, lüks malların Rusiyaya ixracını qadağan edib.
Yeni sanksiyalar çərçivəsində Rusiyadan lüks malların idxalına da qadağa tətbiq edilib. Kanada Rusiyadan alkoqollu içkilər, dəniz məhsulları, balıq və qeyri-sənaye almazları da daxil olmaqla, lüks malların idxalını qadağan edir.

Oxşar xəbərlər