Litva Rusiyanın enerji resurslarından imtina etdi
21-05-2022, 18:11
18 007

Litva Rusiyanın enerji resurslarından imtina etdi

Mayın 22-dən etibarən Litva Rusiyadan qazı, neft və elektrik enerjisi almayacaq.
Bu barədə məlumatı Litvanın "Delfi" xəbər agentliyi yayıb .
"Bu, müharibə aparan Ukrayna ilə həmrəyliyimizin ifadəsidir, biz Rusiya hərbi maşınının pulumuzla maliyyələşməsinə icazə verə bilmərik", - Litvanın energetika naziri Dainius Kreivis deyib.
Onun sözlərinə görə, sinxronizasiya uğurla başa çatdıqdan sonra ölkə tam enerji müstəqilliyinə nail olacaq və elektrik enerjisinə olan tələbatını öz yaşıl enerjisi hesabına ödəyəcək və ixrac edən dövlətə çevriləcək: "Litva ABŞ-dan qazı Klaypedadakı LNG terminalı vasitəsilə alır. Ölkə həm öz elektrik enerjisini istehlak edir, həm də Aİ ölkələrindən idxal edir".

Oxşar xəbərlər