Rus ordusu İzyumski rayonundan itki verərək geri çəkildi
23-05-2022, 10:38
1 119

Rus ordusu İzyumski rayonundan itki verərək geri çəkildi

Rusiya əsgərləri Xarkov vilayətinin İzyumski rayonundan geri çəkilib. 
Xarici KİV xəbər verir ki, Ukrayna ordusu Dolqenkoye kəndində rusların hücumunu dəf edib, onlar itki verərək geri çəkiliblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir: "Qərb Hərbi Dairəsinin, Baltik Donanmasının 11-ci Ordu Korpusunun, Şərq və Mərkəzi Hərbi Dairələrin ayrı-ayrı hissələrinin qüvvələri ilə düşmən Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır. Dolqenkoye qəsəbəsinə edilən hücum Müdafiə Qüvvələrinin bölmələri tərəfindən dəf edilib, düşmən itki verib və geri çəkilib".

Oxşar xəbərlər