"Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
23-05-2022, 21:16
8 886

"Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden

Ehtiyac yaranarsa, Birləşmiş Ştatlar Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.
Bu barədə ABŞ Prezidenti Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişida ilə Tokioda keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Bəli, bu, üzərimizə götürdüyümüz öhdəlikdir”, - o, müxbirin ehtiyac yaranarsa, Birləşmiş Ştatların Tayvanı hərbi yolla müdafiə etməyə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Bayden ABŞ-ın "vahid Çin" siyasəti ilə razılaşdığını xatırladıb, lakin, adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının tamamilə yersiz olduğunu vurğulayıb:
"Bu, Ukraynada baş verənlərə bənzər növbəti aksiya olacaq".

Oxşar xəbərlər