İranda 10 mərtəbəli bina çökdü - Ölən və yaralananlar var
23-05-2022, 13:27
1 283

İranda 10 mərtəbəli bina çökdü - Ölən və yaralananlar var

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.
Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.
O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Oxşar xəbərlər