Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib
23-05-2022, 14:10
1 316

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib.

"Hürriyet” xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi "Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib.

Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə "nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.

Oxşar xəbərlər