İranda polis zabiti evinin qarşısında güllələndi
23-05-2022, 16:22
7 257

İranda polis zabiti evinin qarşısında güllələndi

İranın Sistan-Bəlucistan əyalətinin Gəluqah mahalında polis qüvvələrinin zabiti öldürülüb.
"Azad İran” "Telegram” kanalının məlumatına görə, baş leytenant Vahid Nazeri Tiləno kəndində, öz evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.
İran mediasının məlumatına görə, hücum edən şəxslərin kimliyi barədə dəqiq məlumat yoxdur. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanıb.

Oxşar xəbərlər