"NATO Rusiya sərhədinə yaxınlaşır" - Şoyqu
24-05-2022, 16:49
6 855

"NATO Rusiya sərhədinə yaxınlaşır" - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirlərinin Toplantısında onlayn çıxış edib.
Çıxışında NATO-nun sərhədlərinə yaxınlaşdığını vurğulayan Şoyqu, ölkəsinin də döyüş potensialını xeyli artırdığını bildirib.
Şərqi Avropada kollektiv təhlükəsizlik vəziyyətinin xeyli pisləşdiyini deyən general NATO-nun şərqə doğru genişləndiyini və Rusiya ərazisi yaxınlığında hücum silahlarının yerləşdirildiyini xatırladıb.
Şoyqu bəyan edib ki, Rusiyanın səylərinə baxmayaraq, əsas problemlərin həlli ilə bağlı Qərbin təklifləri nəzərə alınmayıb.

Oxşar xəbərlər