Tacikistanda təriqət lideri qətlə yetirildi
24-05-2022, 17:42
6 741

Tacikistanda təriqət lideri qətlə yetirildi

Tacikistanda təriqət lideri qətlə yetirilib.
"AzadlıqRadiosu"nun tacik xidməti (Radio Ozodi) xəbər verir ki, Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin qeyri-rəsmi lideri və Tacikistandakı ismaili şiələrin məşhur nümayəndələrindən biri Məmmədbağır Məmmədbağırov etiraz aksiyaları əsnasında öldürülüb.
Xatırladaq ki, ötən həftədən etibarən, əsasən, əhalisinin çox hissəsini pamirlərin təşkil etdiyi muxtar vilayətində geniştərkibli etiraz aksiyaları başlayıb.
Tacikistan hökuməti isə aksiyaların qarşısını almaq üçün bölgədə "transmilli dəstək alan terrorçu qruplara qarşı əməliyyat keçirdiyini" iddia edir.

Oxşar xəbərlər