ABŞ-da məktəbdə atışma: 19 uşaq öldü (YENİLƏNİB)
25-05-2022, 10:12
1 623

ABŞ-da məktəbdə atışma: 19 uşaq öldü (YENİLƏNİB)

ABŞ-ın Texas ştatında ibtidai məktəbə silahlı hücum olub.
600 şagirdin təhsil aldığı Uvalde ibtidai məktəbinə edilən hücumda 19-u şagird olmaqla 21 nəfər həyatını itirib.
Texas qubernatoru hücumçunun 18 yaşında olduğunu və ölü tapıldığını bildirib. Hücumçunun məktəbə hücum etməzdən əvvəl nənəsini güllələdiyi də bildirilib. Nənəsi xəstəxanaya aparılsa da, bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 
***00:28
Texasda baş verən atışmada 2 məktəbli ölüb.
Bu barədə ABC kanalı məlumat yayıb.

Oxşar xəbərlər