İrəvanda deputatlar prezident iqamətgahının qarşısında oturaraq etiraz etdilər
25-05-2022, 12:08
1 907

İrəvanda deputatlar prezident iqamətgahının qarşısında oturaraq etiraz etdilər

“Müqavimət” hərəkatının iştirakçıları Baqramyan prospektini bağlayıb və oturaq aksiyaya başlayıblar.
Bu  barədə Etmənistan mətbuatı məlumat yayıb.  
Bildirilir ki,  Milli Məclisin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan və müxalif deputatlar oturaraq etirazlarını  bildiriblər. Onlar "Ermənistanda hakimiyət yoxdur",  "Nikol get!" şüarları səsləndiriblər. 
Xatırladaq ki, səhər tezdən “Müqavimət” hərəkatının iştirakçıları Fransa meydanından Baqramyan prospektinə qədər yürüş edərək prezident iqamətgahını mühasirəyə alıblar.

Oxşar xəbərlər