Afrikada rus muzdlular əhaliyə divan tutur
25-05-2022, 12:36
1 810

Afrikada rus muzdlular əhaliyə divan tutur

Malidə "Wagner" rus muzdlularının dinc əhaliyə qarşı qətliamı davam edir.
"Reuters" xəbər verir ki, bu barədə "Silahlı Münaqişə Əraziləri və İnsident Məlumatları Layihəsi" məlumat yayıb.
Rus muzdlular ölkədə fevral ayından aprelin ortasına qədər ən azı 456 mülki şəxsi öldürüb.
Xatırladaq ki, "Wagner" muzdluları Mali və Mərkəzi Afrika Respublikasında vətəndaş müharibəsinin qarşısını almaq, o cümlədən bu dövlətlərin Rusiyayönlü hakimiyyətlərini qoruyub saxlamaq üçün bölgədə "sülhməramlı" kimi fəaliyyət göstərirlər

Oxşar xəbərlər