Ararat Mirzoyan üçün çətin anlar: Nazir binadan çıxa bilməyib
25-05-2022, 12:38
1 797

Ararat Mirzoyan üçün çətin anlar: Nazir binadan çıxa bilməyib

"Dünən XİN binasının blokadaya alınmasından xəbər tutan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan etirazçıların onlarla qarşılaşmaması üçün işçiləri zirzəmiyə girişdən çıxarmağı tapşırıb. Amma heç kim binanı tərk etməyib".
Bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edb:
“Mirzoyan, həmçinin mümkün qədər çox polisi toplamaq və içəriyə maneəsiz daxil olmasını təmin etməyi tapşırıb. Lakin asayiş keşikçiləri göstərişlərə əməl etməyiblər.
Həmin vaxt orada olanlardan biri polisin Ararat Mirzoyanın təhlükəsizlik xidmətinin əməkdaşlarına "girişin blokadasını aça bilmirik, nazir geri qayıtması daha yaxşı olar" dediyini eşidib”.

Oxşar xəbərlər