Kalibaf İran parlamentinin sədri seçildi
25-05-2022, 12:45
1 818

Kalibaf İran parlamentinin sədri seçildi

Tehrandan olan deputat Məhəmməd Bəkir Kalibaf yenidən İran parlamentinin sədri seçilib.
Bakitv.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Baş Assambleyasında parlament sədrinin seçilməsi səsə qoyulub. 
Seçkilərdə mühafizəkarlara yaxınlığı ilə tanınan Kalibafdan başqa, Tehran deputatı Murtaza Ağa Tehrani, Kazirun millət vəkili Feridun Abbasi və Tehran millət vəkili İlyas Nadirinin namizədliyi irəli sürülüb.
Kalibaf 290 yerlik Məclisə qatılan 281 deputatdan 194-nün səsini toplayaraq seçkidə qalib gəlib.

Oxşar xəbərlər