“Sərhədi keçən erməni əsgər Ermənistana təhvil veriləcək”
25-05-2022, 14:49
7 286

“Sərhədi keçən erməni əsgər Ermənistana təhvil veriləcək”

Çox yaxın vaxtlarda aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni əsgər Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, erməni əsgərinin təhvil verilməsi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq:
“Araşdırma nəticəsində Azərbaycan tərəfi müəyyən edib ki, Martirosov diversant deyil, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və ərazidə oriyentasiyasını itirməsi nəticəsində Azərbaycan sərhədini keçib”.
Qeyd olunub ki, yüksək ehtimalla erməni əsgərin təhvil verilməsi İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında keçirilən son Brüssel görüşünün nəticəsidir.

Oxşar xəbərlər