Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
25-05-2022, 21:30
8 009

Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

Şimali Koreyada bir gündə 115 mindən çox insanda yüksək hərarətlə müşahidə olunan xəstəlik qeydə alınıb. Ölüm hadisəsi olmayıb.

Ümumilikdə 3,06 milyondan çox insanda qızdırma olub.

 
Daha əvvəl bildirilib ki, Şimali Koreyada koronavirusa yoluxma hallarının yaranması ilə əlaqədar Kim Çen Inın göstərişi ilə "ən yüksək səviyyəli fövqəladə antiepidemiya sistemi”, bütün şəhərlərdə karantin rejimi tətbiq edilib.

Aprelin sonundan mayın 24-dək qızdırması olan xəstələrin sayı 3 064 880 nəfərdir, onlardan 2,7 milyondan çoxu (89,4%) artıq sağalıb, 323 minə yaxın insanın isə müalicəsi davam etdirilir.

Qızdırması olanların dəqiq neçə hissəsinin COVID-19 xəstəsi olduğu barədə səhih məlumat verilmir.

Hazırda ölənlərin ümumi sayı 68 nəfər, ölüm göstəricisi 0,002% təşkil edir. Bildirilib ki, onlardan ən azı birində analiz zamanı koronavirus ştammının "Stels-omikron” adlanan "Omikron BA.2” variantı aşkar edilib.

Mənbə: RİA Novost

Oxşar xəbərlər