"Ukrayna Azov dənizinə çıxışını həmişəlik itirib" - Roqov
26-05-2022, 20:25
9 305

"Ukrayna Azov dənizinə çıxışını həmişəlik itirib" - Roqov

"Zaporojye və Xerson vilayətləri heç vaxt onun nəzarətinə qayıtmayacaq, buna görə də Ukrayna Azov dənizinə çıxışını həmişəlik itirib". 
Bunu Rusiyanın işğaldan sonra Zaporojye vilayətinə təyin etdiyi hərbi-mülki administrasiyasının nümayəndəsi Vladimir Roqov bildirib.
"Azov dənizi həmişəlik Ukraynanın ixtiyarına verilib. Zaporojye və Xerson vilayətlərindəki limanlar bir daha heç vaxt Ukraynaya məxsus olmayacaq. Əminəm ki, regionlarımız Rusiyaya birləşdirildikdən sonra Azov dənizi də əvvəl olduğu kimi yenidən olacaq Rusiya Federasiyasının daxili dənizinə çevriləcək", - Roqov əlavə edib. 

Oxşar xəbərlər