Meymunçiçəyini Pentaqon yayıb - Rusiya Müdafiə Nazirliyi
27-05-2022, 18:35
6 696

Meymunçiçəyini Pentaqon yayıb - Rusiya Müdafiə Nazirliyi

Meymunçiçəyi Nigeriyadan gətirilib, burada ABŞ-a məxsus ən azı dörd biolaboratoriya fəaliyyət göstərir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, meymunçiçəyinə yoluxmuş insanların 98%-i yaşı 20-dən yuxarı olan qeyri-ənənəvi orientasiyaya malik kişilərdir.
“Bunun arxasında Pentaqon dayana bilər. Belə ki, amerikalı təlimatçılar ukraynalılara çiçək xəstəliyinə fövqəladə reaksiya vermək üçün təlim keçiblər. Üstəlik, ABŞ hərbçilərinin və tibb işçilərinin çiçək xəstəliyinə qarşı peyvənd edilməsi Vaşinqtonun çiçək xəstəliyinin patogenini prioritet bioagent kimi nəzərdən keçirdiyini göstərir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər