Nensi Pelosinin əri sərxoş tutuldu - 5 min verib azad oldu
30-05-2022, 19:32
9 514

Nensi Pelosinin əri sərxoş tutuldu - 5 min verib azad oldu

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.
Bu barədə “Daily News” məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin şəxs eyni anda iki yol hərəkəti qaydasını pozmaqda ittiham olunub. Onun qanında spirtin miqdarı qanunla müəyyən edilmiş 0,08%-lik həddi keçib.
Pelosi hazırda 5 min dollar girov qarşılığında azad edilib.

Oxşar xəbərlər