Tbilisidə SES-də güclü yanğın olub
30-05-2022, 12:04
1 434

Tbilisidə SES-də güclü yanğın olub

Ötən gecə Tbilisidə Kür çayı üzərindəki "Zaqesi” su elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

Nəticədə altı transformator yanıb.

Yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın cəlb edilib. Bir saat ərzində qarşısı alınan yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Oxşar xəbərlər