Dünya
31-05-2022, 02:12
8 776
Nəsli tükənən 2 bəbir doğuldu
Dünyada nəsli tükənməkdə olan, ən nadir heyvanlardan biri Amur bəbirləri ilə bağlı yeni xəbər var.
ABŞ-ın Missuri ştatındakı Sent-Luis zooparkı nəsli kəsilməkdə olan iki Amur bəbirinin dünyaya gəldiyini açıqlayıb.
Yeni doğulan iki dişi balalara Anya və İrina adları verilib. Zooparkın əməkdaşı Stiv Birçer "Amur bəbirlərinin sağ qalması üçün hər doğum son dərəcə vacibdir", - deyə əlavə edib.
Qeyd edək ki, yalnız 120 Amur bəbirinin Rusiya və Çindəki vəhşi yaşayış yerlərində qaldığı bildirilir.