"Zelenski Putinlə görüşmək istədiyini söylədi" - Çavuşoğlu
31-05-2022, 21:18
8 691

"Zelenski Putinlə görüşmək istədiyini söylədi" - Çavuşoğlu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Dünən danışıqlar zamanı Zelenski Putinlə görüşmək istəyini bildirdi. Türkiyə  müharibənin bitməsi üçün səylərini davam etdirir", - deyə nazir jurnalistlərə açıqlamasında deyib. 

Oxşar xəbərlər