İlk yük gəmisi Mariupoldan Rusiyaya yola düşüb
31-05-2022, 14:03
1 409

İlk yük gəmisi Mariupoldan Rusiyaya yola düşüb

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusunun nəzarətdə olduğunu elan etdiyi Ukraynanın Mariupol şəhərindən 2500 ton dəmir yüklü ilk yük gəmisi Rusiyanın Rostov şəhərinə doğru yola düşüb. 
Bu barədə Rusiya KİV-ləri məlumat 
"Bu gün Mariupol limanında 2500 ton isti haddelenmiş dəmir yola salınıb", - Rusiya liman rəsmisi bildirib.
Ukrayna isə Mariupoldan Rusiyaya dəmir daşınmasını “talançılıq” kimi qiymətləndirib.
Rusiya bu ayın əvvəlində Rusiyanın mühasirəsindəki "Azovstal" polad zavodunda 2400-dən çox ukraynalı əsgərin təslim olmasından sonra Mariupola tam nəzarəti ələ keçirdiyini və keçən həftə limanın minalardan təmizləndiyini və ticarət gəmilərinin istifadəsinə verildiyini açıqlamışdı.

Oxşar xəbərlər