Nikolayevdə iki uşaq olan ev atəşə tutulub
31-05-2022, 14:46
1 383

Nikolayevdə iki uşaq olan ev atəşə tutulub

Nikolayev vilayətində rus hərbçiləri iki uşaqlı evi atəşə tutub, uşaqlar xəsarət almayıb.

Ukrayna mətbuatı xəbər verir ki, bu haqda Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

"Şəhərin və rayonun intensiv atəşə tutulması davam edir. İki uşaq olan evə atəş açıldı. Uşaqlar sağdır. Hərbçilərimiz düşməni sıxışdırır. Hər şey plan üzrə gedir", - o deyib.

Administrasiyasının məlumatına görə, mayın 31-də səhər saatlarında Nikolayev yenidən atəşə tutulub. Dəymiş ziyan və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Oxşar xəbərlər