Ukraynada iki rus əsgəri həbs edildi
31-05-2022, 17:01
6 844

Ukraynada iki rus əsgəri həbs edildi

Ukraynanın Poltova vilayətinin Kotolevski rayon məhkəməsi rus əsgərləri Aleksandr Bobikin və Aleksandr İvanovu hərbi cinayətlər törətməkdə və qətl törətməkdə təqsirli bilinərək hər birini 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxslərin cinayətlərinin tam sübuta yetirildiyi bildirilən məhkəmə qərarında hökm verilərkən təqsirləndirilən şəxslərin törətdikləri cinayətdən səmimi peşmançılıq çəkmələrinin və istintaq prosesinə köməkliklərinin nəzərə alındığı paylaşılıb.
Mayın 26-da başlayan məhkəmədə prokuror iki rus əsgərinin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Oxşar xəbərlər