Ukraynada Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib
31-05-2022, 18:13
6 709

Ukraynada Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib

Ukrayna ərazisində Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib.

"Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin cəbhənin hansı istiqamətində baş verdiyi açıqlanmayıb. Bildirilib ki, tapşırıqların yerinə yetirildiyi ərazilərin birində Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyatçıları Rusiyanın mühəndis bölmələrini uğurla məhv ediblər.

Ukrayna Silahlı Qüvvələrindən isə bildirilib ki, Donbasda Rusiyanın özəl hərbi birləşməsi olan "Vaqner”in böyük bir hissəsi məhv edilib.

"Artıq Rusiya ordusunun hərbçiləri döyüşməkdən qorxurlar”, - Baş Qərargahdan qeyd olunub.

Qeyd edək ki, Ukrayna tərəfinin məlumatına görə, indiyədək Rusiya Silahlı Qüvvələrinin 30 500 hərbçisi zərərsizləşdirilib.

Oxşar xəbərlər