Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək
1-06-2022, 13:45
1 404

Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək.
Erməni KİV xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib.
Belə  ki, valideynlərin Vardayana ünvanladığı  "Paşinyan dindiriləcək, yoxsa yox?" sualına o, “Bəli, dindiriləcək, prokurorun göstərişi var”, - deyə  cavab verib. 
Lakin  o, dindirmənin dəqiq tarixini deməyib.

Oxşar xəbərlər