Putin məşhur generalı vəzifəsindən azad edib - İDDİA
1-06-2022, 13:53
1 392

Putin məşhur generalı vəzifəsindən azad edib - İDDİA

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin hücum əmri ilə başlayan Rusiya-Ukrayna müharibəsi 98 gündür ki, davam edir.
Müharibə zamanı həm Rusiya, həm də Ukrayna çoxlu itkilər versə də, milyonlarla dinc Ukrayna vətəndaşı ölkələrini tərk etmək məcburiyyətində qalıb.
Müharibə davam edərkən, ABŞ-ın aparıcı qəzetlərindən olan "New York Times"a danışan ABŞ rəsmiləri diqqətçəkən bir iddia ilə çıxış ediblər. 
Amerikalı rəsmilər aprel ayında Putinin şəxsən müharibəyə rəhbərlik etdiyi “Suriya qəssabı” ləqəbli general Aleksandr Dvornikovun ən azı iki həftədir meydana çıxmadığını bildiriblər. Qəzetə danışan mənbələr Putinin böyük ümidlərlə təyin etdiyi Dvornikovu vəzifəsindən azad etdiyini bildirilib. 
Məlumata görə, Dvornikovun Ukraynaya təyinatının heç bir görünən effekti olmadığı qeyd edilib. İddialarla bağlı Moskva administrasiyasından heç bir açıqlama gəlməyib.
Bildirək ki, Ukraynadakı müharibədən əvvəl Dvornikov Suriyadakı müharibədə iştirak edib və Moskva adından Suriya lideri Bəşər Əsədi dəstəkləyib.

Oxşar xəbərlər