Tbilisi merinin müavini evində ölü tapıldı
1-06-2022, 14:06
1 337

Tbilisi merinin müavini evində ölü tapıldı

Tbilisi merinin müavini İlya Eloşvili öz mənzilində ölü tapılıb.
Bu barədə TASS-a Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Bəli, biz ölüm faktını təsdiq edirik. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb", - deyə nazirliyin mətbuat xidmətinin əməkdaşı bildirib.
Ölümün səbəbi hələlik açıqlanmayıb.
Eloşvili 2017-ci ildən Tbilisi merinin müavini vəzifəsində çalışırdı. 2012-2017-ci illərdə isə o, energetika nazirinin müavini vəzifəsində çalışıb. Ailəli, iki uşaq atası idi.

Oxşar xəbərlər