Dünya şöhrətli alim Bakıya gəlir
1-06-2022, 14:20
1 569

Dünya şöhrətli alim Bakıya gəlir

Türkiyənin ən ünlü həkimlərindən biri, Başkent Universitetinin qurucusu, professor alim Mehmet Haberal Bakıya gəlir.
O, iyunun 2-dən 4-dək Azərbaycanda keçirilməsi nəzərdə tutulan III Nefrolji Dializ və Transplantaloji Beynəlxalq konqresinə qatılacaq, bir çox görüşlərdə iştirak edəcək.

Əlavə edək ki, professor Haberal Ümumdünya Səhiyyə Təşkilatının yüksək mükafatına layiq görülüb.

Mükafat mayın 27-i ÜST-ün Cenevrə şəhərindəki mənzil-qəragahında Ümumdünya Səhiyyə Assambleyasının sahiblik etdiyi təntənəli mərasimdə təqdim olunub.

ÜST-ün Baş Direktoru Tedros Adhonom Qebreyesus mükafatın M. Haberalın dünya tibbindəki uğur və nailiyyətlərinə görə verildiyini bildirib.

Oxşar xəbərlər