Sabiq Qətər şahzadəsinin meyiti aşkarlandı
2-06-2022, 01:25
8 429

Sabiq Qətər şahzadəsinin meyiti aşkarlandı

Sabiq şahzadə Kasiya Qalyanonun cəsədi İspaniyanın cənub sahilindəki Marbelya şəhərində tapılıb.
"Sky News" xəbər verir ki, o, Qətər əmirinin əmisi Əbdüləziz bin Xəlifə əs-Saninin keçmiş arvadıdır. Əmir 1992-ci ildən Qətərdə çevriliş təşkil etməyə cəhddə ittiham olunduğu üçün Fransada yaşayır. Cütlük 2004-cü ildə ailə qurub və üç qız övladı olub.
2012-ci ildə onlar ayrılıblar və əmir keçmiş arvadını böyük uşağına qarşı zorakılıqda ittiham edib. Bundan sonra o, 10 il qızlarının himayəsində olmaq üçün mübarizə aparıb, lakin uşaqlar atalarına verilib.
45 yaşlı qadın öz evində dünyasını dəyişib, meyitdə zorakılıq əlamətlərinə rast gəlinməyib. Bu yaxınlaradək o, depressiyadan və spirtli içkilərdən əziyyət çəkirdi.
 

Oxşar xəbərlər