Belçika Ukraynaya haubitsa verməkdən imtina edib
2-06-2022, 05:07
7 920

Belçika Ukraynaya haubitsa verməkdən imtina edib

Ukrayna Belçikadan "M109” zirehli haubitsalarını almayacaq.

UNİAN xəbər verir ki, "De Morgen” nəşri Ukrayna Müdafiə Nazirliyinin silahı ala bilmədiyini yazıb.

"Qarşı tərəf ödədiyi məbləğin qarşılığında on dəfə çox texnika tələb edərsə, danışıqlar aparmaq çox çətindir”, - məlumatda deyilir.

Törəmə müəssisəsi hərbi texnika ilə məşğul olan OIP Şərqi Flamand texnologiya şirkəti belçikalı mütəxəssislərə "M109”un vəziyyətini yoxlamağa icazə verməyib.

Eyni zamanda, Belçika Müdafiə Nazirliyi haubitsaların başqa bir alıcıya satıldığını bildirib. OIP isə bu məsələyə münasibət bildirməyib, ona görə də onları kimin aldığı məlum deyil.

"Odur ki, tədarük olmayacaq, lakin bu, prinsipial mülahizələrə görə deyil”, - Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirib.

Oxşar xəbərlər