İsveçrə silahının Ukraynaya göndərilməsinə razılıq vermədi
1-06-2022, 17:25
7 125

İsveçrə silahının Ukraynaya göndərilməsinə razılıq vermədi

Rəsmi Bern Danimarkaya İsveçrə istehsalı olan 20 ədəd "Piranha III" zirehli maşınının Ukraynaya verilməsinə icazə verməyib.
Danimarka hakimiyyəti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) rəsmi müraciət edib və rədd cavabı alıb. 
Eyni zamanda SECO bu qərarın səbəbi kimi ölkənin neytrallığını və İsveçrə qanunlarını göstərib.
Danimarka İsveçrə zirehli maşınlarını alarkən onları İsveçrənin icazəsi olmadan üçüncü tərəfə ötürməməyi öhdəsinə götürüb.
Bundan əvvəl, aprel ayında İsveçrə hakimiyyəti Berlinin Kiyevə vermək niyyətində olduğu "Gepard" özüyeriyən zenit silahlarını Ukraynaya göndərməsinə icazə verməmişdi.
İsveçrənin belə bir mövqedə qalmaqda davam edib-etməyəcəyi hələlik məlum deyil. 

Oxşar xəbərlər