Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir
2-06-2022, 09:50
7 449

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir

"Müdafiə sahəsində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının yerinə yetirilməsinə dair illik hesabatında bildirilib.

Qeyd edilib ki, əməkdaşlığın məqsədi regional təhlükəsizliyin möhkəmləndirilməsi, ümumi məqsəd və maraqların effektiv yerinə yetirilməsi üçün silahlı qüvvələr arasında sıx əlaqələrin qurulmasıdır.

Sənəddə deyilir ki, region ölkələri ilə balanslaşdırılmış və sabit mehriban qonşuluq münasibətləri çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi Türkiyə, Azərbaycan və Ermənistanın müdafiə nazirlikləri ilə uğurlu əməkdaşlıq həyata keçirir./report

Oxşar xəbərlər