Siqaretin qiyməti 6 dəfə artacaq
2-06-2022, 11:10
1 921

Siqaretin qiyməti 6 dəfə artacaq

Hollandiyada siqaret istehlakını azaltmaq üçün uzunmüddətli radikal plan hazırlanıb.
Xarici KİV xəbər verir ki, bir qutu siqaretin qiyməti 47 avroya çata bilər. Hollandiyada hökumətin gündəliyi siqaretlə mübarizədir.
2040-cı ildə bir qutu siqaretin 47 avro (təxminən 80 manat)  olacağı proqnozlaşdırılır.
Ölkədə əhalinin 20 faizi siqaret çəkdiyi halda, hökumətin planı 2040-cı ilə qədər bu nisbəti 5 faizə endirməkdir.
Qeyd edək ki, ölkədə bir qutu siqaretin orta qiyməti 8 avro müəyyən edildiyi halda, gələn ildən 2025-ci ilə kimi 10 avroya qədər artırılması nəzərdə tutulur.

Oxşar xəbərlər