Erməni müəllim açıq dərsi Azərbaycan mədəniyyətinə həsr etdi - FOTO
2-06-2022, 16:27
7 011

Erməni müəllim açıq dərsi Azərbaycan mədəniyyətinə həsr etdi - FOTO

Ermənistanda Geqarkunik rayonunun San şəhər 4 nömrəli məktəbində Azərbaycan mədəniyyəti ilə bağlı açıq dərs keçirilib. 
Bu barədə erməni jurnalist Aram Qorqyan bildirib. 
O, erməni məktəbində baş verən Türk (Azərbaycan) gününə etiraz edib və bu sevgini başa düşmədiyini bildirib. 
8a və 8b sinif şagirdləri açıq dərs zamanı Azərbaycan mədəniyyətinə məxsus olan muğam onu müşayiət edən musiqi alətlərini - tar, kamança və qavalı təqdim edib. Həmçinin tütün, pambıq, Azərbaycan manatı, çay, çərəzlər və tarixi Qobustan qayalarından bəhs edilib. 
Qeyd olunub ki, açıq dərsdə Türkiyə mədəniyyətinə aid nümunələrdən də danışılıb. 
Qeyd olunub ki, sözügedən dərsi təşkil edən müəllim Lilit Ayrapetyan, Ermənistanın hazırkı ombudsmanının qohumudur. 
  • Erməni müəllim açıq dərsi Azərbaycan mədəniyyətinə həsr etdi - FOTO

Oxşar xəbərlər