Paşinyanı “fahişə“ adlandıran qadın saxlanıldı
2-06-2022, 18:23
7 243

Paşinyanı “fahişə“ adlandıran qadın saxlanıldı

Paşinyanı təhqir edən etirazçı polis tərəfindən saxlanılıb.
“Hraparak” xəbər verir ki, “Müqavimət Hərəkatı”nın fəallarından olan Nelli Minasyan Baş naziri "fahişə" adlandırıb.
Nelli “Facebook” səhifəsindəki statusu martın 28-də yazıb: “Süunikdə sən heç kimsən, sıfırsan, fahişə Nikol”. Bir neçə saat sonra o, postu silib, lakin polis bu postu skrin edib və aylar sonra Minasyan şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində ağır təhqir maddəsi ilə cinayət başlanıb.
Qeyd edək ki, Nelli Minasyan “Nork Maraş” silahlı qruplaşması işi üzrə təqsirləndirilən şəxslərdən biridir.

Oxşar xəbərlər