Daha bir ölkədə meymunçiçəyi virusu aşkarlandı
3-06-2022, 16:53
7 031

Daha bir ölkədə meymunçiçəyi virusu aşkarlandı

Son zamanlar Afrikadan digər ölkələrə sürətlə yayılmağa başlayan meymunçiçəyi virusu Latviyada da aşkarlanıb.
Latviyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkədə 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.
Mərkəz xəstənin 50 yaşında olduğunu və xaricə gedən zaman yoluxduğunu bildirib.
Qeyd edək ki, Nigeriyada meymunçiçəyi səbəbiylə ilk ölüm hadisəsi baş verib.

Oxşar xəbərlər