RUSİYADA DƏHŞƏTLİ YANĞIN: 140 nəfər alovlar altında qalıb
3-06-2022, 17:04
7 008

RUSİYADA DƏHŞƏTLİ YANĞIN: 140 nəfər alovlar altında qalıb

 Rusiyanın paytaxtı Moskvada "Grand Setun Plaza” adlanan biznes mərkəzində səhər saat 09:31-də yanğın baş verib. Yanğın siqnalından sonra Rusiya Fövqəladə Hallar Nazirliyinə bağlı çoxlu sayda yanğınsöndürən və xilasedicilər bölgəyə göndərilib. 180 canlı qüvvə və 41 yanğınsöndürən tərəfindən müdaxilə edilən yanğında içəridə sıxışan 120 nəfər alovdan xilas edilib. Xilas edilənlərdən ikisi təcili yardım maşınları ilə xəstəxanalara çatdırılarkən, 10 mərtəbəli biznes mərkəzinin birinci mərtəbəsində başlayan alovdan xilas olmağa çalışan 20-yə yaxın adamın yuxarı mərtəbələrə qaçdığı və təxliyyəsinin davam etdiyi açıqlanıb.

Oxşar xəbərlər