Erməni kriminal avtoritetə hökm oxundu
4-06-2022, 11:16
9 645

Erməni kriminal avtoritetə hökm oxundu

Rostov şəhərinin Kirov rayon Məhkəməsi kriminal dairələrdə "Karlik" kimi tanınan Vaqan Nerkararyanı hədə-qorxu ilə pul tələb etdiyinə görə cəzasını sərt rejimli həbsxanada çəkmək şərtilə on il müddətinə azadlıqdan məhrum edib.
Lent.az xəbər verir ki, Nerkararyan məhkəmədə günahını boynuna alıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayından sentyabr ayına kimi 1 saylı təcridxanada olarkən kamera yoldaşını və onun qohumlarını qətllə hədələyərək qiymətli kağızlar tələb edib. Bu işdə ona iki cinayət ortağı kömək edib, onlara qarşı iş ayrıca icraata alınıb. Nəticədə zərərçəkən Nerkararyana 23 milyon rubl dəyərində əmlak verib.
Bundan əlavə, 2016-cı ilin sentyabrından noyabr ayına qədər fiziki zorakılıqla hədələyərək eyni məhbusdan 2,6 milyon rubl məbləğində tikinti müqavilələri üzrə tələb etmək hüququ alıb.

Oxşar xəbərlər