Putinin əleyhdarı olan casus radioaktiv maddə ilə öldürülübmüş
6-06-2022, 13:04
1 902

Putinin əleyhdarı olan casus radioaktiv maddə ilə öldürülübmüş

Rusiya kəşfiyyatı zaman-zaman sui-qəsd cəhdləri ilə gündəmə gəlir. Soyuq Müharibə dövründən bəri bəzi sui-qəsd cəhdlərində istifadə edilən silahlar olduqca diqqət çəkir. 
1978-ci ildə Sovet İttifaqına müxalifəti ilə tanınan məşhur bolqar yazıçısı Georgi Markov İngiltərənin paytaxtı Londonda “Bolqar çətiri” kimi tanınan silahla zəhərli güllə ilə öldürülüb.
Oxşar hadisələrdən biri də 2006-cı ildə Londonda baş verib. Belə  ki, Putinin əleyhdarı, keçmiş rus casusu Aleksandr Litvinenko zəhərlənərək öldürülüb. Litvinenkoya sui-qəsddə şübhəli bilinən Dmitri Kovtun Covid-19 səbəbiylə bir müddət əvvəl Moskvada müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. 
Aleksandr Litvinenkonun qətli baş verdiyi vaxt bütün dünyada reaksiya və narahatlıqla qarşılanıb. Hadisədən sonra Britaniya səlahiyyətlilərinin apardığı araşdırmada Litvinenkonun içkisinə insan orqanizmində böyük dağıntılara səbəb olan nadir radioaktiv "Polonium-210" maddəsinin atıldığı müəyyən edilib.
İstintaqın təfərrüatlarında Dmitri Kovtun və Andrey Luqovoyun Londonun mərkəzindəki hoteldə qalan Litvinenkonun içkisinə radioaktiv maddə qataraq zəhərlədiyi və keçmiş agentin ağrılı şəkildə ölməsinə səbəb olduğu paylaşılıb.
Dmitri Kovtun və Andrey Luqovoyun olduğu yerlərdə də araşdırma aparan Britaniya səlahiyyətliləri "Polonium-210" zəhərinin izlərinə rast gəliblər.
Bu yaxınlarda Rusiya mətbuatında dərc olunan xəbərə görə, Litvinenko sui-qəsdində əsas şübhəlilərdən biri olan Dmitri Kovtun Covid-19 səbəbiylə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Rusiyanın aparıcı xəbər agentliyi TASS-da yer alan xəbərə görə, həddindən artıq millətçi deputat Andrey Luqovoy yaxın dostu Dmitri Kovtunun vəfatı ilə bağlı yas tutmağa başlayıb. 56 yaşlı Dmitri Kovtunun vəfatından sonra Luqovoy deyib: “Bu gün yaxın və sadiq dostum Dmitri Kovtunun koronavirus infeksiyası ilə bağlı ağır xəstəlik nəticəsində qəflətən dünyasını dəyişdiyi barədə kədərli xəbər aldıq. Bu, bizim üçün əvəzedilməz və ağır itkidir. Dmitrinin bütün qohumlarına və dostlarına ürəkdən başsağlığı verirəm. Yaxşı yat, əziz dostum! Biz səni heç vaxt unutmayacağıq
Kovtunun 2006-cı ildən bəri müxtəlif sağlamlıq problemlərinin olduğu iddia edilib və bu sağlamlıq problemlərinin Litvinenko sui-qəsdi zamanı məruz qaldığı radioaktiv maddədən qaynaqlandığı iddia edilib. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Londonda keçmiş rus casusu Aleksandr Litvinenkonun qətlində Rusiyanın məsuliyyət daşıdığına qərar verib. AİHM-in qərarında qeyd olunub ki, “Litvinenkonun öldürülməsi Rusiyaya aid edilə bilər”. Aleksandr Litvinenkonun həyat yoldaşı Marina Litvinenkonun iddiası yekunlaşdıqdan sonra Rusiya sui-qəsddə iştirakını inkar edib. Rusiya rəsmiləri bəyanat yayaraq, Dmitri Kovtun və Andrey Luqovoy haqqında beynəlxalq həbs qərarına əməl etməyəcəklərini bildiriblər.

Oxşar xəbərlər