Pakistanda koronavirusa yoluxduğunu öyrəndi, Türkiyəyə getmədi
7-06-2022, 18:34
6 585

Pakistanda koronavirusa yoluxduğunu öyrəndi, Türkiyəyə getmədi

Pakistanda rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok koronavirusa yoluxub.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Berbok Pakistanda nahar zamanı dad duyğusunu itirdiyini hiss edib. Bunun ardınca onun koronavirus testi müsbət nəticə verib.
Bu səbəbdən də, Almaniya XİN rəhbərinin Yunanıstan və Türkiyəyə səfəri təxirə salınıb.

Oxşar xəbərlər