Rusiya-Ukrayna danışıqları bərpa oluna bilər
8-06-2022, 20:58
8 711

Rusiya-Ukrayna danışıqları bərpa oluna bilər

“Ötən həftələrdə Ukrayna və Rusiya arasında danışıqlardan uzaqlaşma olmuşdu”.
Bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
“Amma son günlərdə istər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları, istərsə də bizim etdiyimiz təmaslardan yenidən danışıqlara qayıtmaq üçün zəminin ola biləcəyini görürük. Hər iki tərəf buna razı olarsa, biz də vasitəçi olaraq öhdəmizə düşəni edərik”, - XİN başçısı qeyd edib.

Oxşar xəbərlər