İranda qatar qəzası: 21 ÖLÜ (YENİLƏNİB-1)
8-06-2022, 14:13
1 224

İranda qatar qəzası: 21 ÖLÜ (YENİLƏNİB-1)

İranda bu gün səhər saatlarında baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.
Yaralıların sayı isə 86 nəfərə çatıb.
***
10:19
İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.
***08:49
İranda Məşhəd şəhərindən Yəzd şəhərinə gedən qatar relsdən çıxıb.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində13 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Əraziyə xilasedici qüvvələr sövq edilib. 

Oxşar xəbərlər