Lavrov İrəvanda üçtərəfli bəyannamənin icrasını müzakirə edəcək
9-06-2022, 03:00
8 127

Lavrov İrəvanda üçtərəfli bəyannamənin icrasını müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-9-da İrəvana baş tutacaq səfəri zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin müddəalarının yerinə yetirilməsi müzakirə olunacaq.

Bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərə bildirib.

Məlumata görə, səfər çərçivəsində S.Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Baş naziri Nikol Paşinyan və Prezident Vaaq Xaçaturyan ilə görüşəcək.

Oxşar xəbərlər