Ermənistanda Baş Qərargah rəisi vəzifəsi LƏĞV EDİLDİ
9-06-2022, 11:56
1 271

Ermənistanda Baş Qərargah rəisi vəzifəsi LƏĞV EDİLDİ

Ermənistan Müdafiə Nazirliyində bir sıra struktur dəyişikliyi həyata keçirilib.
Erməni KİV-ləri xəbər verir ki, Ermənistan hökumətinin iyunun 9-da keçirilən iclasında qəbul etdiyi qərara əsasən, Baş nazir, Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, eləcə də Ermənistanın müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin səlahiyyətləri dəqiqləşdirilib. 
İclasda həmçinin Ermənistan Respublikası Baş Qərargah rəisi vəzifəsi dəyişdirilərək müdafiə nazirinin birinci müavini olmasına qərar verilib. 

Oxşar xəbərlər