Ukraynalı jurnalistin sualı Lavrovu özündən çıxardı - Video
9-06-2022, 12:06
1 278

Ukraynalı jurnalistin sualı Lavrovu özündən çıxardı - Video

Bu gün Türkiyədə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı jurnalistin sualına sərt reaksiya verib.

Konfransın başa çatması elan edildikdən sonra Ukraynanın İctimai Televiziyasının jurnalisti sual vermək istədiyini deyib.

Jurnalistin bu istəyinə Lavrovun cavabı "Əlbəttə ki, verə bilərsiniz, biz Ukraynada deyilik, biz azad bir ölkədəyik, Türkiyədəyik” olub.

Daha sonra jurnalist Rusiya XİN rəhbərinə "Ukraynadan oğurlanmış taxıldan başqa, daha nə satmağı bacarmısınız” sualını ünvanlayıb.

Bu sual Lavrovu özündən çıxarıb.

O, "Başınız hər zaman nəyisə oğurlamaqla bağlı qarışır və düşünürsən ki, hamı bunu edir? Biz açıq elan edilmiş məqsədlərin həyata keçirilməsi ilə məşğuluq: Ukraynanın şərqini neonasist rejiminin təzyiqindən təmizləmək”, - deyə cavab verib./qafqazinfo



 

Oxşar xəbərlər