Əsgər valideynləri cəsədlərdən imtina edir - Erməni nəşri
9-06-2022, 12:18
1 385

Əsgər valideynləri cəsədlərdən imtina edir - Erməni nəşri

“Hazırda əlimizdə 100 meyit var, onları valideynləri tanıyıb, lakin onlar nədənsə həmin meyitləri qəbul etməkdən imtina edirlər, bu da başa düşüləndir. Çünki bir çox soydaşımız yaxınlarının sağ olduğuna inanır”.
Bu barədə “Joxovurd” qəzeti yazıb.
Erməni nəşri bu sitatı Nikol paşinyandan götürüb. O bunu 2021-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşmüş şəxslərdən danışarkən deyib.
"Joxovurd" hazırda meyitxanalarda qalmış 86 cəsədin qalıqlaırnın hələ də valideynlər itərəfindən qəbul edilməməsi faktına toxunub:
“Baş nazir, həmçinin, qeyd edib ki, DNT testinə etibar etməyən və öz vəsaiti hesabına xaricdə DNT testini təşkil edən ailələr var. Yaxşı, bəs Nikol Paşinyanın açıqlamasından 1 il 2 ay sonra nə var, nə yox?
Bu günlərdə Metsamor və Heratsi meyitxanalarında 86-ya yaxın cəsəd hələ də sahiblərinə verilməyib. Valideynləri cəsədlərin onların övladları olduğunu qəbul etmirlər. Yəni müharibədən təxminən 2 il keçsə də, vəziyyət dəyişməyib, hətta bir çox əsgərin basdırılması üçün hökumətin təklif etdiyi kütləvi məzarlığın yaradılması da dayandırılıb”, - deyə erməni nəşri əlavə edib.

Oxşar xəbərlər