Çinin bu şəhərində tam qapanma elan olundu
9-06-2022, 12:45
1 475

Çinin bu şəhərində tam qapanma elan olundu

Şanxayın hakimiyyət orqanları iyunun 11-də əhalinin kütləvi koronovirus testindən keçirilməsi üçün şəhərin Minxan rayonunda tam qapanma (lokdaun) elan edib.
Xarici KİV xəbər verir ki, bu barədə şəhər administrasiyasının “WeChat” messencerindəki rəsmi səhifəsində dərc olunan məlumatda deyilir.
Məlumata görə, iki aylıq karantin müddəti başa çatdıqdan cəmi 11 gün sonra şəhərin 2 milyondan çox sakini yenidən müddətsiz lokdauna məruz qalacaq. Hakimiyyət orqanları karantini test kampaniyası başa çatdıqdan sonra aradan qaldıracaq.
Şanxayın bəzi əraziləri üçün karantin rejimi martın 28-dən tətbiq olunub və aprelin 1-də bütün şəhər lokdaun rejiminə keçib. İyunun 1-dən isə epidemiya əleyhinə tədbirlər yumşaldılıb.
Təxminən 25 milyon əhalisi olan Şanxayda ictimai nəqliyyatın, ticarət mərkəzlərinin və iaşə obyektlərinin işi artıq bərpa edilib. Lakin ictimai yerləri ən azı 72 saat əvvəl verilən testin mənfi nəticələri ilə ziyarət etmək mümkündür.

Oxşar xəbərlər